“ÜLKER HƏDİYYƏLƏR QAZANDIRIR” 1 TİRAJLI STİMULLAŞDIRICI LOTEREYANIN

KEÇİRİLMƏ ŞƏRTLƏRİ


1. LOTEREYA VƏ ONUN TƏŞKİLATÇISI BARƏDƏ MƏLUMATLAR

1.1. Lotereya təşkilatçısının tam adı: “Admedia.az” Məhdud Məsuliyyətli Cəmiyyəti

1.2. Lotereya təşkilatçısının VÖEN-ni: 2002644161

1.3. Lotereya təşkilatçısının hüquqi ünvanı: AZ1149, Bakı şəhəri, Xətai rayonu, vunqtau, ev 18, mənzil 22

1.4. Lotereya təşkilatçısının əlаqə vasitələri:

Mobil: +994552707049

Rəsmi sayt: www.admedia.az

E-mail: [email protected]

1.5. Lotereyanın adı: “Ülkər hədiyyələr qazandırır” 1 tirajlı stimullaşdırıcı lotereya (bundan sonra

“Lotereya”)

1.6. Lotereyanın keçirilmə forması: 1 tirajlı stimullaşdırıcı.

1.7. Lotereyanın keçirildiyi ərazi: Azərbaycan Respublikasının ərazisi.

1.8. Lotoreyanın obyekti: Ülker markasına aid olan məhsullar (qramajından aslı olmayaraq)

 

2. LOTEREYANIN KEÇİRİLMƏ MÜDDƏTİ, LOTEREYADA İŞTİRAK HÜQUQUNUN ƏLDƏ EDİLMƏSİ QAYDASI.

2.1. 2023-cü ilin 1 dekabr – 31 dekabr tarixlərində lotereya şərtlərinin 1.8 bəndində qeyd edilən məhsulları Araz Supermarketlər şəbəkəsindən satın alan şəxslər bu lotereyada iştirak edə bilərlər. Lotereyada iştirak etmək istəyən 18 yaşına çatmış şəxslər könüllü şəkildə (lotereyada iştirak etmək istəyən şəxs Araz mobil tətbiqində çıxacaq “ÜLKER HƏDİYYƏLƏR QAZANDIRIR” adlı stimullaşdırıcı tirajlı lotereyada iştiraka dair bildirişi qəbul etməklə lotereyada iştirakını könüllü şəkildə təsdiq edəcək) lotereyada iştirak üçün lotereya biletini əldə edirlər.

2.2. Hər 10 (on) AZN dəyərində Araz Supermarketlər şəbəkəsindən Araz kartı ilə Ülkər məhsulları alan şəxs hədiyyə qazanma şansı əldə edir. Hər ümumilikdə 10 (on) azn-lik Ülkər məhsulları 1 şans qazandırır. Hər 10 (on) AZN-lik Ülker məhsuluna bir şans verilir. (Misalçün, Şəxs alış-veriş zamanı 60 AZN-lik ümumi alış-veriş edirsə və həmin məhsulların 34 AZN-i lotoreya şərtlərinin 1.8-ci bəndində qeyd edilən Ülker məhsuludursa (34: 10) , bu zaman həmin şəxs 3 ədəd lotereyada iştirak şansı qazanır. Növbəti dəfə eyni şəxs təkrar lotereya şərtlərinin 1.8-ci bəndində qeyd edilən Ülker məhsulundan 16 AZN-lik alırsa, bu zaman lotereyada iştirak üçün bir şans daha qazanır. ) Lotereya zamanı müxtəlif çeklərin üzərində olan alış-veriş məbləğləri toplanmır.

2.3. Lotereya bileti elektron kod formasındadır. Həmin kod Araz supermarket şəbəkəsində istifadə olunan Araz kartı üzərindəki 16 rəqəmli koddan ibarətdir. (Vətəndaş tərəfindən Araz mobil tətbiqində qeydiyyatdan keçməklə və ya Ara Supermarket şəbəkəsindən fikizi olaraq əldə olunan kart üzərindəki kod. Misal üçün 2000 0000 0042 8208)

2.4. Uduşun alınması zamanı loteraya qalibi lotereya şərtlərinin 5.1 bəndində qeyd olunan sənədi təqdim edə bilmədikdə uduşu almaq hüququnu itirir və uduş lotereya təşkilatçısının sərəncamında qalır.

2.5. Uduş fondunun oynanılması tarixinə qədər (27 Yanvar 2024) müştəri minimum 10 AZN-lik alış-veriş etdikdən sonra aldığı məhsulu geri qaytararsa və qaytarılmış məhsullar çıxıldıqdan sonra ümumi alış-veriş dəyəri 10 AZN-dən aşağı olarsa bu halda müştəriyə təqdim edilmiş şans ləğv edilir. (Məsələn, müştəri 13 AZN-lik alış-veriş edib, daha sonra aldığı məhsulun 6 AZN-ni qaytardıqdan sonra ümumi alış-veriş məbləği 7 AZN olarsa lotereyada iştirak haqqını itirmiş hesab edilir.)


3. LOTEREYANIN UDUŞ FONDU

3.1 Lotereyanın uduş fondu tirajın uduş fondu oynanılmamışdan əvvəl formalaşdırılır. Lotereyanın uduş fondu aşağıdakılardan ibarətdir:

1. Yeni, 2023-cü il istehsalı “Chery Tiggo Pro 2" avtomobili-Qara rəngli full komplektasiya 1 (bir) ədəd –1 (bir) ədədi 29,900 azn olmaqla ümumilikdə 29,900 azn dəyərində;

2. Yeni "Smartfon iphone 15, 128GB Qara" – 2 (iki) ədəd- 1 (bir) ədədi 2,359 azn olmaqla ümumilikdə 4,718 azn dəyərində;

3. Yeni “Tablet Xiaomi Pad 5 6/128GB Qara”– 4 (dörd) ədəd - 1 (bir) ədədi 760 azn olmaqla ümumilikdə 3,040 azn dəyərində;

4. Yeni “Televizor Samsung UE50CU7100UXRU”– 2 (iki) ədəd – 1 (bir) ədədi 1,100 azn olmaqla ümumilikdə 2,200 azn dəyərində

5. Yeni “Apple Watch Series 9 GPS Qara”– 1 (bir) ədəd – 1 (bir) ədədi 1,100 azn olmaqla ümumilikdə 1,100 azn dəyərində

6. “Ülker məhsullarının olduğu hədiyyə qutusu” -20 (iyirmi) ədəd – 1 ədədi 75 azn olmaqla ümumilikdə 1,500 azn dəyərində

7. “Araz supermarket 100 manatlıq alış-veriş balansı”– 20 (iyirmi) ədəd – 1 ədədi 100 azn olmqla ümumilikdə 2,000 azn dəyərində

3.2 Lotereyada qeyd edilən uduşların pul ekvivalenti ödənilmir.

 

4. LOTEREYANIN UDUŞ FONDUNUN (TİRAJIN) OYNANILMASI QAYDASI

4.1. Lotereya 1 (bir) tirajdan ibarətdir və onun uduş fondunun oynanılması 27 Yanvar 2024-cü il tarixində Bakı şəhəri, Günəşli qəsəbəsi, Araz Superstore mağazasında (Ünvanı: Bakı ş.,Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi,İlqar Musayev küçəsi 56D) canlı olaraq keçiriləcək və lotereya şərtlərinin 6.1-ci bəndində qeyd edilən sosial şəbəkə hesablarında yayımlanacaqdır.

4.1.1. Tiraj zamanı lotereyada iştirak etmiş müştərilərə məxsus lotereya şərtlərinin 2.3-cü bəndində qeyd edilən kodlar və qarşısında iştirakçıların adı iştrak şansları qədər vərəqlərə bükülmüş vəziyyətdə (lotereya zamanı şəxs 15 ədəd şans əldə etmişdirsə, həmin şəxsin adı vərəqə yazılaraq lototrona 15 ədəd daxil ediləcəkdir) xüsusi lototrona yerləşdiriləcək, qarışdırılacaq və ardıcıl olaraq lototrondan çıxarılacaq.

Uduş fondunun oynanılması zamanı həmçinin biletlər növbəliliklə qutudan çıxarılır. Öncədən uduş fondu diqqətə çatdırılmaqla növbəliliklə 100 (bir yüz) azn dəyərində “Araz supermarket 100 manatlıq alış-veriş balansı”– 20 (iyirmi) ədəd, 75 (yetmiş beş) azn dəyərində “Ülker məhsullarının olduğu hədiyyə qutusu” 20 (iyirmi) ədəd, 760 (yeddi yüz altmış) azn dəyərində “Tablet Xiaomi Pad 5 6/128GB”– 4 (dörd) ədəd, 1,100 (bir min yüz) azn dəyərində “Televizor Samsung UE50CU7100UXRU” 1 (bir) ədəd, 1,100 (bir min yüz) azn dəyərində “Apple Watch Series 9 GPS” 1 (bir) ədəd, 2,359 (iki min üç yüz əlli doqquz) azn dəyərində "Smartfon iphone 15, 128GB" 1 (bir) ədəd, 29,900 (iyirmi doqquz min doqquz yüz) azn dəyərində “Chery Tiggo Pro 2" 1 (bir) ədəd, oynanılır.

4.2. Qalib tərəfindən uduşun alınması hüququnun üçüncü şəxslərə güzəşt edilməsinə yol verilmir.

4.3. Təşkilatçı uduş fondunun oynanıldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində və internet saytında məlumat dərc edir.

4.4. Lotereyada iştirak etmiş və qalib olmuş şəxslərlə Araz kartı əldə edərkən qeyd etdiyi telefon nömrəsi ilə əlaqə saxlanılacaq və məlumat təqdim ediləcək. 

5. UDUŞLARIN VERİLMƏSİ (ÖDƏNİLMƏSİ) QAYDASI VƏ MÜDDƏTİ

5.1. Təşkilatçı tərəfindən uduşların verilməsi üçün müraciətlərin qəbulu uduş fondu oynanıldıqdan 1 (bir) iş günü sonra başlayaraq 90 (doxsan) iş günü ərzində davam edir. Uduşun verilməsi (ödənilməsi) üçün müraciətlər lotereya təşkilatçısının olduğu yerdə - Bаkı şəhəri, Ə.Dəmirçizadə 2G ünvanında yerləşən “Admedia.az” baş ofisində qəbul ediləcəkdir. Uduş uduşlu Müştəri kodunun sahibinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edildikdən sonra verilir.

5.2. Bu Şərtlərdə nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsi və uduşlu biletlə müraciət edildikdən sonra 30 (otuz) iş günündən gec olmayaraq Uduş sahibinə təqdim olunacaqdır.

6. LOTEREYA BARƏDƏ MƏLUMATLANDIRMA

6.1. Lotereyanın şərtləri, həmçinin tirajların uduş fondunun oynanılmasının nəticələri və lotereya ilə bağlı məlumatlar “Admedia.az” MMC-nin www.instagram.com/ulkar.azerbaijan rəsmi instagram sosial media hesabında yerləşdiriləcək.

7. YEKUN MÜDDƏALAR

7.1. Bu şərtlər lotereya iştirakçılarının tanış ola bilməsi üçün Təşkilatçının rəsmi saytında (www.ulkerlotereya.az) açıqlanır.

7.2. Lotereyanın iştirakçısı tərəfindən lotereyanın keçirilmə şərtlərinin 2.1, 2.2, 2.3, 2.4 və 2.5 bəndində qeyd edilən şərtlərin pozulması, və ya İştirakçı tərəfindən hazırkı Şərtlərin icrasından imtina (o cümlədən Lotereyanın keçirilməsi və/və ya uduşun əldə olunması, qaydası və müddəti ərzində) İştirakçı tərəfindən Lotereyada iştirakdan imtina kimi hesab ediləcək.

7.3. Bu Şərtlərdə öz əksini tapmamış digər məsələlər lotereyalar haqqında mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənir.

7.4. Qaliblərin siyahısı və onlar haqqında məlumatlar tirajdan sonra Təşkilatçının rəsmi saytında (www.ulkerlotereya.az) və kütləvi informasiya vasitələrində (www.oxu.az, www.marja.az, www.iqtisadiyyat.az) dərc ediləcəkdir.

7.5. Lotereyanın keçirilməsi ilə təşkilati və digər məsələlərin həlli üzrə məsul şəxs “Admedia.az” MMC-nin marketinq şöbəsinin rəhbəri Həsənzadə Fidan Cahangir qızı (əlaqə telefonu: +99455 2707049, email: [email protected])